“Cebhe.info” saytının 7 yaşı tamam olur

Bu gün “Cebhe.info” xəbər portalının fəaliyyətə başlamasından 7 il ötür. 1 sentyabr, eyni zamanda, “Cümhuriyət” qəzetinin nəşrini bərpa etdiyi gündür. Qəzet 2015-ci ilin 1 sentyabrında təkrar nəşrə başlayıb.

Azərbaycanın xəbər məkanında özünəməxsus yer tutan, çeviklik, obyektivlik, dəqiqlik kimi əsas media prinsiplərinə daim əməl edən “Cebhe.info” saytı 2015-ci ilin 1 sentyabrından fəaliyyətə başlayıb.

“Cebhe.info” 7 il ərzində istinad edilən xəbər portallarından birinə çevrilə və öz oxucu auditoriyasını formalaşdıra bilib. “Cebhe.info” xəbər portalı və “Cümhuriyət” qəzeti gündəlik və operativ xəbər istehsalı ilə yanaşı, oxucularına həm də siyasət, sosial, iqtisadi, idman, hüquq, geopolitika, mədəniyyət, tarix və digər mövzularda xəbərlər, reportajlar, araşdırmalar, maarifləndirici yazılar və fərqli maraqlı materiallar təqdim edir.

“Cebhe.info” xəbər portalı və “Cümhuriyət” qəzeti xarici ölkələrdə yaşayan azərbaycanlıları daim diqqət mərkəzində saxlayır, Güney Azərbaycan, Kərkük, Borçalı, Dərbənd türklərinin problemlərini müntəzəm şəkildə işıqlandırır.

QHT.az olaraq həmkarlarımızı təbrik edir, fəaliyyətlərində uğurlar arzulayırıq!


Paylaş