“Ailə Dünyası” Ailələrə Hüquqi Yardım İB “Təhlükəsiz səyahət” adlı layihənin icrasını davam etdirir - FOTOLAR

“Ailə Dünyası” Ailələrə Hüquqi Yardım İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Təhlükəsiz səyahət"  ölkəyə daxil olan və xaricə səfər edən şəxslərin insan alveri təhlükəsi barədə məlumatlandırılması” layihəsini davam etdirir.

İctimai Birliyin sədri Gülayə Səfərova QHT.az-a bildirib ki, layihənin  icra planına uyğun olaraq və eyni zamanda  Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020-2024-cü illər üçün Milli Fəaliyyət Planında nəzərdə tutulan insan alverinin, xüsusilə qadın və uşaq alverinin, həmçinin məcburi əməyin qarşısının alınması məqsədi ilə 18.09.2022 – ci il tarixində Heydər Əliyev adına Beynəlxalq Hava Limanında və 20.09.2022-ci il tarixdə isə Bakı Beynəlxalq Avtovağzalda təşkilatın könüllüləri tərəfindən ölkəmizə gələn və qonşu ölkələrə gedən insanlara dövlət qurumları və təşkilat tərəfindən çap olunmuş “Təhlükəsiz səyahət” adlı maarifləndirici bukletlər paylanılıb.


Paylaş