Milli Məclisdə QHT-lərlə görüş keçiriləcək: Çevik Qrup yaradılacaq

Milli Məclisin İnsan hüquqları komitəsi yanında İnsan hüquqları ilə bağlı Çevik Qrup yaradılacaq.

QHT.az APA -ya istinadən xəbər verir ki, bu, Milli Məclisin İnsan hüquqları komitəsinin 2022-ci il payız sessiyası üçün İş planına daxil edilib.

Bildirilib ki, bununla bağlı hüquq profilli QHT-lərlə görüş keçiriləcək və təklifin reallaşdırılması yönündə tədbirlər görüləcək.


Paylaş