İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinator yanında İşçi Qrup yaradılır

“İnsan alverinə qarşı mübarizə haqqında” qanuna dəyişiklik ediləcək.

QHT.az Modern.az-a istinadən  xəbər verir ki, təklif edilən dəyişiklik Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

Dəyişikliyə əsasən, Milli Fəaliyyət Planı iştirakçılarının fəaliyyətinin əlaqələndirilməsi Milli Koordinator yanında ictimai əsaslarla fəaliyyət göstərən İşçi Qrup vasitəsilə həyata keçiriləcək. İşçi Qrupun tərkibi, təşkili, və fəaliyyət qaydası Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti tərəfindən müəyyən edilib.

 


Paylaş