“Sosial Dayaq” İctimai Birliyi  yeni layihənin icrasına başlıyıb - FOTO

“Sosial Dayaq”  İctimai Birliyi  Siyəzən rayonunda   Azərbaycan  Respublikasının Qeyri- Hökumət  Təşkilatlarına  Dövlət Dəstəyi Agentliyinin  maliyyə  dəstəyi  ilə “Əlilliyi olan uşaqlar üçün sosial reabiltasiya mərkəzinin təşkili  layihəsini   həyata keçirir.   

Layihə  çərçivəsində  müxtəlif   əlilliyi olan (autizm, əqli gerilik,  uşaq serebral iflici, nitqin və intelektin  ləngiməsi  və s.) uşaqların    ilkin  ehtiyacları (göz kontaktı,ünsiyyət, nitq və səslərin düzgün  tələffüzü,  fiziki  məhdudiyyət, koordinasiya  və  əqli inkişafın ləngiməsi prosesi və s.)   öyrənilmiş, bu problemlərin  həlli üçün  uyğun təlimlərin  keçirilməsinə başlanılmışdır. 

 Aşkar olunmuş problemlər üzərində təlim strategiyası müəyyən olunmuş, yaş normativləri nəzərə alınmaqla hər  uşağın  inkişafı  üçün  ayrı-ayrılıqda   təlimlər keçirilir. Təlimlər  bu sahə üzrə təcrübə toplamış təhsilli  mütəxəssislər  tərəfindən aparılır. Təlimlərin müvəffəqiyyətlə həyata keçirilməsi üçün  lazımı vəsaitlər alınmışdır.

Təlimlərə valideyinlər də cəlb olunmuşdur.  Onlarla  öz  uşaqlarına  erkən  yardım etmək  və  onları müdafiə etmə  bacarıqlarının  artırılması üçün maarifləndirmə işi aparılır. 

 Uşaqlarının  sağlamlığı məqsədilə  dövlət uşaq tibb müəssisələrinin  əlçatanlığı təmin olunması  və  uşaqlara xidmət göstərən mərkəzlərlə əlaqələr  yaradılması ilə əlaqədar tədbirlər görülür.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Fotolar


Paylaş