“Narkotiksiz sağlam həyat” layihəsinin növbəti tədbiri Qazax rayonunun Xanlıqlar  kəndində keçirilib - FOTO

“Gəncliyin Təşəbbüsü” maarifləndirmə İctimai Birliyi  Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi  ilə “Narkotiksiz sağlam həyat” layihəsini davam etdirir.

Layihənin ikinci tədbiri  Qazax rayonunun Xanlıqlar  kəndində keçirilmiş və həmin kəndin sakinləri ilə görüşülmüşdür. Görüş zamanı cıxış edən “Gəncliyin Təşəbbüsü” maarifləndirmə ictimai birliyinin sədri və layihə rəhbəri Əliyev Azər  layihə, donor haqda ətraflı məlumat vermiş və bildirmişdir ki , Qazax rayonunda  insanların xüsusəndə gənclərin  narkomaniyaya  qarşı maarifləndirilməsində  kütləviliyə nail olmaq və sağlam həyat tərzinin təbliği  məqsədi ilə idman yarışlarının  , gənclərin asüdə vaxtlarının səmərəli təşkili,onlarin sağlam həyat tərzini seçməyə kömək olmaq və bədən tərbiyəsi, idmana yönəltmək layihənin əsas məqsədidir.

Daha sonra ardıcıllıqla cıxış edənlər Qazax Rayon İcra Hakimiyyəti Başçısı Aparatında şöbə müdirinin müavini Rüstəmov Ceyhun, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin Tovuz şöbəsinin məsləhətçisi Eşqin Allahverənov ,  Qazax RiH-nin Xanlıqlar kənd İƏD-si üzrə nümayəndəsi müavini Ərəstun Məmmədov və layihənin könüllüsü Qol üləşi üzrə avropa cempionu  Mustafayev İsmayıl mövzu üzrə cıxışlar etdilər və layihənin önəmi haqda ətraflı danışdılar.

 Kənd sakinlərinin narkomaniyaya qarşı mübarizədə fikirləri və təklifləri dinlənildi. Tədbirin sonunda xatirə şəkilləri cəkdirildi.

 

 

 

 

 

 

 

 

 

 

 

 


Paylaş