“Ana Kür” İctimai Birliyi regionda ekoloji maarifləndirmə işlərinə başlayır

Salyan rayonunda fəaliyyət göstərən “Ana Kür” Ekoloji Problemlərin Öyrənilməsinə Kömək İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilən “Kür çayı ərazilərində ətraf mühitin qorunması istiqamətində maarifləndirici tədbirlərin təşkilinə dəstək” layihəsinin icrasına start vermişdir.
 
Bu münasibətlə Salyan rayonunun Uşaq-Gənclər İnkişaf Mərkəzində layihənin təqdimat mərasimi keçirilmişdir. Tədbirdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Salyan rayon icra hakimiyyətinin, Milli Məclis deputatlarının köməkçiləri, yerli bələdiyyə qurumlarının, səhiyyə, təhsil, mədəniyyət, idman, müxtəlif istiqamətdə fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının nümayəndələri, KİV təmsilçiləri və “Ana Kür” İctimai Birliyinin üzvləri, layihə icra olunacaq kəndlərin sakinləri və tam orta məktəblərin müəllimləri iştirak etmişlər.
 
İctimai Birliyin sədri və layihə rəhbəri Rüstəm Məlikov çıxış edərək bildirmişdir ki, 2010-cu ildən regionda fəaliyyət göstərən ictimai birliyin icrasına başladığı yeni layihə ekoloji istiqamət üzrə sayca yeddincidir. Sədr icrasına start verilmiş layihənin ideya və məqsədləri, layihə çərçivəsində görüləcək işlər, gözlənilən nəticələr barədə məlumat vermiş, iştirakçıları layihənin fəaliyyət planı ilə tanış etmişdir.
 
Çıxış edənlər Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi Ətraf mühitin mühafizəsi və ekoloji maarifləndirmə sektorunun əməkdaşı Səbuhi Səfərov, Şirvan Milli Parkının direktor müavini Seymur Kərimov, Salyan Rayon İcra Hakimiyyətinin məsul işçisi Sevinc Səmədova, Gigiyena və Epidemiologiya Mərkəzinin müdiri Seyran Ağalarov, Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktor müavini İlhamə Xudazorova, Şirvan–Salyan Regional Təhsil idarəsinin məsul işçisi Bənövşə Səfərova, Rayon Yaşıllaşdırma İdarəsinin müdiri Qalib Rzayev, Ağsaqqallar Şurasının sədr müavini Məhəmməd Ağayev, “Ziyalılar” ictimai birliyinin sədri Allahverdi Piriyev, QMƏVŞİ ictimai birliyinin Salyan filialının sədri Arif Əsgərov və başqaları çıxış edərək vurğulamışlar ki, əhaliyə dövlət səviyyəsində həyata keçirilən proqramlar çərçivəsində içməli su təminatı təşkil edilsə də, bu artan tələbat qarşısında sahəyə yeni yanaşmalar tələb etməkdədir. Su mənbələrində ətraf mühitin qorunması problemi, xüsusən, içməli su mənbələrinin mühafizəsi, sudan düzgün və qənaətlə istifadə olunması çox aktualdır.
 
Çıxış edənlər yerli xakterli nümunələr gətirməklə Kür çayı boyu ərazilərdə ətraf mühitin mühafizəsinə göstərilə bilən dəstəkdən danışmışlar. Qeyd edilmişdir ki, bunun bir yolu da yerlərdə maarifləndirmədən keçir.
 
 
Layihənin icrası müddətində Kür çay boyu ərazilərdə yerləşən məktəblərdə dəyirmi masalar keçirməklə yanaşı müxtəlif ekoloji tədbirlərə dəstək verilməsi, ərazilərdə iməciliklərin keçirilməsi, mövcud yaşıllıqlara qulluq göstərilməsi, tullantılara qarşı iməciliklərin keçirilməsi nəzərdə tutulmuşdur
 
 
 

Fotolar


Paylaş