QHT sədri: Özümə oxşayanla tanış olsam bəlkə məyus olaram 

Səbinə xanım özünüzlə bağlı oxucularımıza qısa da,olsa məlumat verməyinizi istərdik.
 
- Mən Səbinə Kərimova Sumqayıt şəhərində doğulmuşam, Yusif Məmmədəliyev adına 31 saylı tam orta məktəbi bitirmişəm. 1994-cü ildə N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin tarix fakultəsinə daxil olmuşam.Ali təhsili başa vurduqdan sonra 1999-cu ildə Sumqayıt şəhərində Qeyri-Hökumət Təşkilatına üzv olmuşam. 2004-cü ildən 2017-ci ilə kimi həmin təşkilatda və onunla yanaşı bir neçə yerli və beynəlxalq QHT-lərinda fəaliyyət göstərmişəm. 2013-cü ildən Ana Vətən Partiyası sıralarına qoşulmuşam. 2017-ci ildə isə öz təşkilatımızı Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək İctimai Birliyini təsis etmişik və artıq 5 ildir ki, təşkilatın rəhbəri kimi fəaliyyət göstərirəm. 2019-cu ildən isə SosialMedia.az saytını yaratmışıq. Bu ildən artıq Atatürk Universitetinin tələbəsiyəm.
 
 
Səbinə xanım necə fikirləşirsiniz, 10 il sonra harada olmanız sizə ideal gəlir?
 
 
- Milli Məclisdə çünki mən özümü orda görə bilirəm ))
 
 
Siz dostlarınıza bir-bir diqqət yetirsəniz onlarda hansı maraqlı xüsusiyyətin olduğunu görərsiniz?
 
- Onların hər birinin maraqlı xüsusiyyətləri var çünki, onlar mənim dostlarımdır. Mən maraqsız insanlarla dostluq etmirəm.
Qısa qeyd edim ki, ola bilər kimlərsə məni xoş olmayan, həmişə tənqidçi kimi görə bilərlər. Əsla elə deyiləm sadəcə insanlara statuslarına görə deyil, onların olduqları yerlərdə deyil, tutduqları vəzifə və mövqelərinə görə deyil sadəcə insanlıqlarına görə qiymət verirəm. Mənim üçün ən yüksəkdə olan insani keyfiyyətlərdir. Mən ətrafımda olan insanları bu keyfiyyətlərinə görə seçib dost oluram.
 
 
Elə bir yuxunuz olubmu ki, ömür boyu yadınızda qalıb?
- Əgər bir yuxunu 3-4 dəfə ard-ardınca görürəmsə deməli o, yaxın zamanda reallaşacaq. Mənim yuxularım həmişə reala çevrilir.Ona görə çalışıram yuxu görməyim. Onların reallaşmasından qorxuram.
 
 
Necə fikirləşərsiniz, milyardlarla pulu haraya xərcləmək olar?
 
- Dünya elə böyükdür ki, milyardlar bəs etməz. Düşünməmişəm ancaq olsa inandırım sizi mən onu xərcləməyə yer taparam hətta bəs etməz))
 
 
Sizin üçün hansı dövr yaxşıdır, keçmiş,yoxsa gələcək?
- Keçmişlə yaşayan insanın gələcəyi olmaz. Mənim üçün keçmiş artıq vərəqlənmiş səyfədir. Yaxşısı və pisi ilə gələcəyi seçmişəm.
 
Eyni sizə oxşayan adamla tanış olmaq istəyərsiniz?
- Yox istəmərəm. Çünki mən özümü yer üzündə yeganə hesab edirəm. Özümə oxşayanla tanış olsam bəlkə məyus olaram.
 
 
Sizi güclü edən hansısa bir hadisə olub?
- Elə şeylər var ki, onu xatırlamaq belə istəmirəm. Məni güclü edən insanların nadanlığı və onların biganəliyidir.
 
 
Xəyallarındakı ideal ev necədir?
- Xəyallarımdakı ev böyük, işıqlı və isti. Elə öz evimiz kimi.
 
Həyatınızla bağlı hansı vacib qərarı qəbul eləmək istəyərdiniz?
 
- Mən həyatımda həmişə vacib qərarlarımı özüm vermişəm. Çox düşünsəm də, götür qoy etsəm də sonda qərara özüm gəlmişəm. Hazırda vacib olan ölkədən getmək məsələsidir inandırım sizə artıq 5 ildir bu qərarı verə bilmirəm çox çətin gəlir.
 
 
Siz internetlə söhbətləşməyə üstüllük verirsiniz, yoxsa real həyatda görüşüb söhbət etməyə?
 
- Realist insan olduğum üçün real həyatda görüşüb, söhbət etməyi və tanış olmağı üstün tuturam.
 
Sizin elə şeyiniz var ki, onsuz yaşaya bilməzsiniz?
- Bəli yaşaya bilərəm. Mənim üçün əvəz olunmayan heç kim və heç nə yoxdur. Atam öləndən sonra yaşadımsa deməli yaşaya bilərəm. Çünki mən atamla nəfəs alırdım.
 
Əgər o, öləndən sonra nəfəsim dayanmadısa deməli ……………
Həyatınızda məcburən etdiyiniz ən çətin iş nə olub?
 
- Bir şeyi etiraf edim. Mən azadlığımı çox sevirəm və ona hansısa sədd qoyulduqda mən özümü deyil,həmin ortamı dəyişirəm. Hətta illərlə əziyyət çəkib qurub yaratdığım nə varsa atıb geriyə baxmadan gedə bilərəm. Mən qadağaları sevmirəm və bunu azadlığımın qarşısında bir məhdudiyyət kimi qiymətləndirirəm. Ən çətin işim illərlə əziyyət çəkdiyim işimi atıb getməyim.
 
Son olaraq oxucularımıza nə demək istərdiniz?
 
- Oxucularıma onu demək istərdim ki, özünüz olun,, özünüzü sevin, dəyər verin və qiymətləndirin.Bir də sizə maneə törədən nə varsa hamısından uzaq olun.
 
 
© Mingachevir News
 
QHT.az olaraq təbriklərə qoşularaq Səbinə Kərimovanı təbrik edir, can sağlığı və ictimai fəaliyyətində yeni uğurlar arzulayırıq

Paylaş