Xəbərlər 23.09.2022 23:23 458

İctimai Birlık Kür çayı ərazilərində ətraf mühitin qorunmasını ictimai nəzarətə götürür - FOTO


 Salyan rayonunda fəaliyyət göstərən “Ana Kür” Ekoloji Problemlərin Öyrənilməsinə Kömək İctimai Birliyi  Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilən “Kür çayı ərazilərində ətraf mühitin  qorunması istiqamətində maarifləndirici tədbirlərin təşkilinə dəstə  layihəsinin icra planına uyğun olaraq maarifləndirici tədbirlərə başlamışdır.
QHT.az xəbər verir ki, ilk dəyirmi masa Kür çayı sahilində yerləşən şəhər 6 saylı tam orta məktəbində təşkil edilmişdir.  
 
Məktəbin müəllim və şagirdlərindən, ərazidə yaşayan sakinlərdən ibarət 25 nəfərdən çox iştirakçı layihənin istiqamətinə uyğun söhbətin dinləyicisi olmuşlar. Öncə  sentyabr ayının 12-də erməni təxribatının qarşısının alınmasında qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə yüksələn hərbçilərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.    
 
 Məktəbin direktoru Yeganə Cəfərova “Ana Kür” İctimai Birliyinin icrasına başladığı layihənin mahiyyəti barədə danışmış və uğurlu icra üçün hər çür kömək göstərə biləcəklərini bildirmişdir.  
İctimai Birliyin sədri və layihə rəhbəri Rüstəm Məlikov    icrasına start verilmiş layihənin  ideya və məqsədləri, layihə çərçivəsində görüləcək işlər, gözlənilən nəticələr barədə məlumat vermiş, iştirakçıları layihənin  fəaliyyət planı ilə tanış etmişdir.  
 
Diskussiya şəraitində keçən dəyirmi masada  qeyd edilmişdir ki, Kür çayının ekoloji vəziyyəti getdikcə pisləşməkdədir. Ərazidə biomüxtəliflik məhv olub gedir. Çayın suyu içmək üçün artıq yararsızdır. Söhbətə qoşulan sakinlər yerli xarakterli nümunələr gətirməklə Kür çayı boyu ərazilərdə ətraf mühitin mühafizəsinə göstərilə bilən dəstəkdən danışmışlar. Qeyd edilmişdir ki, problemin bir yolu da yerlərdə maarifləndirmədən keçir. 
 
Sonda mövcüd şəraitin ictimai nəzarətə götürülməsi zərurəti barədə təkiliflər səsləndirilmişdir.
 

Fotolar


Paylaş
QHT TV
Elanlar
son Xəbərlər
Grantlar
Təbriklər
Allah rəhmət eləsin