Xəbərlər 25.09.2022 16:50 327

QHT “Narkotiksiz Sağlam Həyat” adlı layihəsini icra edir

“Gəncliyin Təşəbbüsü” maarifləndirmə İctimai Birliyi  Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi  ilə “Narkotiksiz Sağlam Həyat” adlı layihəsinin  icrası çərçivəsində Qazax rayonunun  7 secilmiş kəndində sakinlərlə görüş nəzərdə tutulmuşdur.

 Layihənin altıncı tədbiri Qazax rayonunun Orta Salahlı  kəndində keçirilmiş və həmin kəndin  sakinləri ilə görüşülmüşdür. 

 Görüş zamanı cıxış edən “Gəncliyin Təşəbbüsü” maarifləndirmə ictimai birliyinin sədri və layihə rəhbəri Əliyev Azər  layihə, donor haqda ətraflı məlumat vermiş və bildirmişdir ki , Qazax rayonunda  insanların xüsusəndə gənclərin  narkomaniyaya  qarşı maarifləndirilməsində  kütləviliyə nail olmaq və sağlam həyat tərzinin təbliği  məqsədi ilə idman yarışlarının  , gənclərin asüdə vaxtlarının səmərəli təşkili,onlarin sağlam həyat tərzini seçməyə kömək olmaq və bədən tərbiyəsi, idmana yönəltmək layihənin əsas məqsədidir.

 Daha sonra ardıcıllıqla cıxış edənlər Qazax Rayon İcra Hakimiyyəti Başçısı Aparatında şöbə müdirinin müavini Rüstəmov Ceyhun, Orta Salahlı kənd İƏD-si üzrə nümayəndəsi Xəlilov Azim ,Orta Salahlı kənd İƏD-si üzrə nümayəndəsinin müavini Nəsibov Ramin və layihənin könüllüsü Qol üləşi üzrə avropa cempionu  Mustafayev İsmayıl mövzu üzrə cıxışlar etdilər və layihənin önəmi haqda ətraflı danışdılar.

 Kənd sakinlərinin narkomaniyaya qarşı mübarizədə fikirləri və təklifləri dinlənildi. Tədbirin sonunda xatirə şəkilləri cəkdirildi.


Paylaş
QHT TV
Elanlar
son Xəbərlər
Grantlar
Təbriklər
Allah rəhmət eləsin