Xəbərlər 26.09.2022 19:02 382

Qrantlarla bağlı vahid informasiya sistemi yaradılır

Azərbaycanda qrantların alınması daha da şəffaflaşdırılır.
QHT.az-ın məlumatına əsasən, bununla bağlı “Qrant haqqında” qanuna dəyişiklik təklif olunur.

Layihəyə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun Azərbaycan Respublikasının və ya həmin orqanın adından aldığı qrantların reyestri müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi qurumun təyin etdiyi qaydada aparılacaq.
Təklif edilən dəyişikliklərin əsas məqsədinin qrantların alınmasında şəffaflığı təmin etmək, bu sahədə müasir tələblərə cavab verən sistem formalaşdırmaqdır. 

Eyni zamanda, qrantlar haqqında zəruri məlumatları əhatə edən vahid informasiya sistemi yaratmaq da hədəflər sırasındadır. 
Qeyd edək ki, layihə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirəyə çıxarılıb. 


Paylaş
QHT TV
Elanlar
son Xəbərlər
Grantlar
Təbriklər
Allah rəhmət eləsin