Elanlar 14.10.2022 20:02 788

 “Hüquq və İnsan Haqları İnstitutu” loqo müsabiqəsini elan edir!

“Hüquq və İnsan Haqları İnstitutu” loqo müsabiqəsini elan edir! 
Göndəriləcək loqo təkliflərinin aşağıdakı tələblərə uyğun olması gözlənilir:

1. Dizayn konsepsiyasında “Hüquq və İnsan Haqları İnstitutu”nun fəaliyyət və məqsədlərinin nəzərə alınması;
2. Loqonun yadda qalan olması;
3. Loqonun png, pdf formatında olması;
4. Xüsusi rəng tələbi yoxdur, lakin seçim zamanı fəaliyyət sahəsinin nəzərə alınması;
5. Plagiat olmaması;
6. Loqonun açıqlaması və izahı ilə birgə göndərilməsi arzuolunandır.

Müsabiqədə iştirak etmək istəyənlər öz loqo təkliflərini 18.10.2022-ci il tarixinədək [email protected] e-mail ünvanına göndərə bilərlər.

Müsabiqə nəticəsində qalib seçilmiş loqoya mülkiyyət hüququ İnstituta məxsus olacaq (orijinal fayl, rəng kodları və fontlar təqdim edilməklə). Qalib gəlmiş şəxsə 200 manat məbləğində mükafat ödəniləcək. 

Eyni təşkilat və ya fiziki şəxs tərəfindən maksimum 5 loqonun təqdim edilməsi mümkündür. Institut haqqında ətraflı məlumat - http://huquq.org.az/az/


Paylaş
QHT TV
Elanlar
son Xəbərlər
Grantlar
Təbriklər
Allah rəhmət eləsin