Qrantlar 25.10.2022 12:12 399

QRANT MÜSABİQƏSİ: Kommersiya və korporativ sosial media məsuliyyəti 

AFFA-nın təşkilatçılığı, "UEFA Grow" və Futbolun İnkişaf Fondunun dəstəyilə 17-18 oktyabr tarixlərində “Fairmont” hoteldə klub dəstək proqramı çərçivəsində kommersiya və korporativ sosial media məsuliyyəti mövzusunda seminar keçirilib.

QHT.az xəbər verir ki, seminarda Misli Premyer Liqasında mübarizə aparan klubların, həmçinin Birinci Divizionda çıxış edən “Araz-Naxçıvan”, “İmişli” və “Zaqatala” klublarının, PFL-in nümayəndələri, eləcə də UEFA Grow biznesin inkişafı üzrə meneceri Oleksandr Kuçeravyi, Moldovanın “Şerif” klubunun nümayəndəsi Stanislav Çiorpets, SPORTMATTERS agentliyinin nümayəndələri Tomas Liston və Duqlas Takrey və AFFA-nın əməkdaşları iştirak edib.

 Seminar iştirakçılarına futbol klubunun kommersiya strategiyasının hazırlanması, idarə edilməsi və korporativ sosial məsuliyyət istiqamətində müxtəlif imkanlar haqqında seminar keçirilib. Seminarın sonunda hər iki mövzu üzrə klublar arasında qrant müsabiqəsi elan edilib.
 


Paylaş
QHT TV
Elanlar
son Xəbərlər
Grantlar
Təbriklər
Allah rəhmət eləsin