Xəbərlər 21.11.2022 21:38 210

Şabranda ekoloji mühitin qorunmasına dair layihənin icrası davam edir

Şabran şəhər İcmasının İnkişafı üzrə Təlim və Resurs İctimai birliyi Azərbaycan Respublikasının Qeyri – Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Şabran rayonunda ətraf mühitin qorunması, yaşıllıqların artırılması və meşələrin mühafizəsinin ekoloji tarazlıqın təmin olunmasında mühüm rolu” mövzusunda təbliqat və təşviqat işlərinin təşkili layihəsinin icrasını davam etdirir.

 

Layihə çərçivəsində şəhərin istirahət parklarında, rayon ərazisində yerləşən meşə massivlərinin giriş hissələrindəki ərazilərdə ətraf mühitin təmizliyinin qorunması, meşələrin mühafizəsinin həyata keçirilməsi, yanqın təhlükəsizliyi qaydalarına ciddi əməl olunmaqla, qiymətli sərvətimiz olan meşələrin yanqından qorunmasına dair maarifləndirici təbliqat plakatları quraşdırılmışdır. 

 

Şəhərin mərkəzi hissəsində 44- günlük Vətən Müharibəsi Şəhidlərinin plakat- pannosunun qarşısında gül kolları və həmin ərazi boyunca həmişəyaşıl ağac tingləri əkilmişdir.

 

 Layihənin icrası prosesi davam edir. Şabran şəhər İcmasının İnkişafı üzrə Təlim və Resurs ictimai birliyinin Sədri– layihə rəhbəri:    

Fotolar


Paylaş
QHT TV
Elanlar
son Xəbərlər
Grantlar
Təbriklər
Allah rəhmət eləsin