Xəbərlər 22.11.2022 08:40 205

STM-də Ədliyyə Nazirliyi və Mediasiya Şurasının iştirakı ilə konfrans keçirilib

Sosial Tədqiqatlar Mərkəzində Ədliyyə Nazirliyi və Mediasiya Şurasının iştirakı ilə "Uğurlu mediasiya proseslərinin sosial mühitə təsiri" mövzusunda konfrans keçirilib.

 

Konfransı giriş sözü ilə açan STM İdarə Heyətinin sədri Zahid Oruc bildirib ki, Mediasiya prosesinin əsas məqsədi mübahisələrin məhkəməyə çatmadan həll edilməsidir:

 

"Deməli, bir çox nüansın sosial mühitə təsirinin öyrənilməsi çox mühümdür. O deyib ki, bu günə qədər Mediasıya adını cəmiyyət çox fərqli anlayıb. Hazırda icrasını gözləyən bir milyona qədər iş vardır. Bu rəqəm özlüyündə çox böyük problemdir və mühüm siqnaldir".

 

O daha sonra deyib ki, Azərbaycanda əhali ədalət gözləyir. O baş verməzsə, alternativlər axtarışında olurlar: 

 

"Başa düşürük ki, məhkəmələrin yükü çoxdur. Məsələn, Yasamal rayon məhkəməsində bir aylıq işin həcmi yüzdən çoxdur. Eyni zamanda Mediasiya Şurasına 36 min müraciət edilib. Bu o deməkdir ki, Azərbaycan cəmiyyəti üçün Mediasiya inandığı quruma çevrilib. Bu, həm də o da o deməkdir ki, ölkə başçısı üçün müraciətlər, şikayətlər azalmış olacaq"


Paylaş
QHT TV
Elanlar
son Xəbərlər
Grantlar
Təbriklər
Allah rəhmət eləsin