Xəbərlər 22.11.2022 10:14 174

Xaçmaz rayonunda gənclər arasında Vətən müharibəsinə həsr olunmuş intellekt turniri keçirilib

Xaçmaz rayonunda gənclər arasında Vətən müharibəsinə həsr olunmuş intellekt turniri keçirilib. 

 

Xaçmaz şəhər 7 nömrəli tam orta məktəbində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyyə yardımı ilə “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi tərəfindən “Qəhrəmanlarımızı tanıyaq ə tanıdaq!” gənclər arasında vətənpərvərliyin təbliği layihə çərçivəsində Vətən müharibəsinə həsr olunmuş Nə? Harada? Nə zaman? formatında bilik yarışı keçirilib.

 

Tədbirin rəsmi hissəsində çıxış edən layihə rəhəri, təşkilatın sədri Ramin Mahmudov bu layihənin əsas məqsədinin gənclər arasında cətənpərvərlik tərbiyəsinin yüksəldilməsinə dəstək vermək olduğuni bildirib.

 

Tədbirdə qonaq qismində iştirak edən Xaçmaz Rayon Gənclər və İdman İdarəsinin rəisi Elman Məmmədov, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Xaçmaz Rayonu üzrə Təhsil Sektorunun əməkdaşı İmran Müseyibli, Xaçmaz Gənclərin İnkişaf və Karyera Mərkəzinin direktoru Ceyhun Fərzəliyev bu əhəmiyyətli tədbiri Xaçmaz gəncləri üçün təşkil etdiklərinə görə təşkilatçılara təşəkkürlərini bildiriblər.

 

Rəsmi hissədən sonra keçirilən bilik yarışında Xaçmaz rayonunun müxtəlif ümumtəhsil məktəblərində təhsil alan şagirdlərdən, tələbələrdən və gənc müəllimlərdən ibarət 6 komanda mübarizə aparıb. Yekunda qalib və mükafatmılar diplom, kubok və medallarla təltif edilib.

 

Tədbirdə iştirak edən hər bir şəxsə Xızı, Siyəzən, Şabran, Xaçmaz, Qusar və Quba rayonlarından olan 185 nəfər Vətən müharbəsi şəhidi haqqında hazırlanmış “Ölümü ilə ölümsüzləşənlər” adlı kitablar hədiyyə edilib.

 

Layihə çərçivəsində bu günədək Siyəzən, Şabran və Qusar rayonlarında keçirilən tədbirlərdə 150 nəfərə yaxın yeniyetmə və gənc iştirak edib. Növbəti tədbirlərin Quba rayonunda keçirilməsi nəzərdə tutulub. 


Paylaş
QHT TV
Elanlar
son Xəbərlər
Grantlar
Təbriklər
Allah rəhmət eləsin