Xəbərlər 23.11.2022 11:09 197

QHT Dövlət Dəstəyi Agentliyin dəstəklədiyi layihəni başa çatdırıb

Gənc Vətənpərvərlər Ictimai Birliyi (GVIB) Azərbaycan Respublikasının Qeyri – Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyin maliyyə yardımı ilə həyata keçirdiyi “Gəncləri zərərli vərdişlərdən çəkindirmək və onlarda vətənpərvərlik hisslərinin gücləndirmək “ layihəsinin yekunu ilə bağlı konfransı keçirib. Tədbirdə Birliyin yerli şöbələri, İdarə Heyəti, könüllülər, layihə üzrə təşkilat komitəsinin üzvləri, eləcə də QHT və KİV-lərin nümayəndələri iştirak ediblər. Çıxış edən layihənin rəhbəri Muğan Əliyev bildirib ki, bütün dünyada olduğu kimi, Azərbaycanda da gənclərin bir qismi narkomaniya və onun törətdiyi xəstəliklərdən əziyyət çəkir: “Bunu qismən də olsa aradan qaldırmaq üçün beynəlxalq təcrübədə əsas istiqamətlərdən sayılan maarifləndirmə, təbliğat və profilaktika işlərinin bu gün daha düzgün, effektiv aparılması çox vacibdir. 

 

Əhalinin, xüsusən gənclərin bu haqda məlumatlarının, biliklərinin az olması onlar arasında daha məsuliyyətli işlərin görülməsini labüd edir. 

 

Bu baxımdan GVB AIDS-QIÇS-İİV və narkomaniyaya qarşı mübarizədə maarifləndirmə, təbliğat işlərinin gücləndirilməsi, habelə vətəndaş cəmiyyətinin dəstəyinin təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının Qeyri – Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyin maliyyə yardımı ilə həyata keçirdiyi layihənin icrasını başa çatdırıb”. Qeyd edilib ki, layihə çərçivəsində idman cəmiyyətlərində və xüsusilə aparıcı ali təhsil müəssisələrinin yerləşdiyi ümumtəhsil orta ixtisas məktəblərində narkomaniya və pis vərdişlər əleyhinə maarifləndirmə - təbliğat xarakterli tədbirlər həyata keçirilib. Bir çox QHT və digər əlaqədar təşkilatlarla birgə keçirilən bu tədbirlərdə əhalinin, xüsusilə gənclərin AİDS-QİÇS-İİV və narkomaniyaya dair məlumatlandırılması ilə yanaşı, ölkədə bu sahədə aparılan uğurlu islahatlar, əldə olunmuş nəticələrlə bağlı məlumatlar verilib, həmçinin mütəxəssislər tərəfindən dünyada tətbiq olunan qabaqcıl forma və metodların əks olunduğu təqdimatlar həyata keçirilib. Konfrans, təlim, Dəyirmi masalar və keçirilən idman tədbirlərində gənclər narkomaniya və onun törətdiyi xəstəliklərdən müdafiə olunmaqla, həm öz həmyaşıdlarına bu haqda məlumat vermək, həm də əhalinin digər yaş qruplarını da bu sahədə maarifləndirmək imkanı qazanıblar. Nəticədə maariflənən insanların sayı dəfələrlə artıb, eyni zamanda narkotikə düçar olan gənclər idman bölmələrinə və ictimai işlərə cəlb edilib. Tədbirlərdə eyni zamanda bu sahədə maarifləndirmənin daha da güclənməsinə xidmət edəcək bu kimi layihələrin davamlı olmasının, bu bəla ilə mübarizədə cəmiyyətin bütün təbəqələrinin səfərbər edilməsinin, həmçinin proseslərə vətəndaş cəmiyyətinin daha fəal cəlb olunmasının vacibliyi də diqqətə çatdırılıb.

 

 

GVİB-nin mətbuat və informasiya şöbəsi

Fotolar


Paylaş
QHT TV
Elanlar
son Xəbərlər
Grantlar
Təbriklər
Allah rəhmət eləsin