Xəbərlər 23.11.2022 17:06 263

 Biznes-QHT əməkdaşlığı mövzusunda dəyirmi masa keçiriləcək - QEYDİYYAT

Avropa Birliyinin maliyyə yardımı ilə “İrəliləşlərin monitorinqi, fəaliyyətin gücləndirilməsi” Layihəsi çərçivəsində Qeyri Kommersiya Hüququ üzrə Avropa Mərkəzinin (ECNL) vasitəçiliyi ilə vətəndaş cəmiyyəti təşkilatları (VCT) fəaliyyətinə aid 11 müxtəlif sahəni əhatə edən “VCT Ölçü Meyarı” Ölkə Hesabatının 2021-ci il buraxılışı hazırlanmışdır. Hesabatdakı tövsiyyələrin həll edilməsi məqsədilə 30 noyabr 2022-ci il tarixdə, saat 13:30-da Globus Centre Plaza, 2-ci mərtəbədə (Ünvan: Bakı şəhəri, Cəfər Cabbarlı küçəsi 609) biznes, qeyri-hökumət təşkilatları (QHT) və dövlət qurumları nümayəndələrinin birgə iştirakı ilə Biznes-QHT əməkdaşlığı mövzusunda dəyirmi masa keçiriləcəkdir. Dəyirmi masada biznes və QHT sektorunun bir-birindən necə faydalana biləcəyi və mövcud problemlər ilə bağlı müzakirə aparılacaqdır. Müzakirə aşağıdakı mövzular ətrafında baş tutacaqdır:

1) Son 5 ildə biznes qurumlarından pul və ya digər maddi vəsait formasında yardım əldə etmisinizmi?

2) Biznes qurumları ilə əlaqə qurmağınıza nə mane olur?

3) Biznes qurumlarını QHT layihələrinə cəlb etmək üçün hansı stimullaşdırıcı tədbirlər görülməsini istərdiniz?

4) Biznes qurumlarını layihələrinizin icrasına cəlb etmək üçün hansı təklifləriniz var?

5) Biznes qurumları ilə birgə layihələr icra etmisinizmi?

6) Biznes qurumları ilə əməkdaşlıqda dövlət orqanlarının yardımından (vasitəçiliyindən) istifadə etmisinizmi?

 

İştirak etmək üçün zəhmət olmasa aşağıda qeyd olunan qeydiyyat linkini doldurun.

 

Qeydiyyat üçün link: https://forms.gle/WqXmxB4FHJ91hXj5A

Qeydiyyat üçün son tarix 28.11.2022 saat 16:00


Paylaş
QHT TV
Elanlar
son Xəbərlər
Grantlar
Təbriklər
Allah rəhmət eləsin