Xəbərlər 23.11.2022 20:36 275

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva QHT rəhbəri ilə görüşdü

22 noyabr 2022 -ci il tarixində Qeyri Hökumət Təşkilatına Dövlət Dəstəyi Agentliyində Aygün xanım Əliyeva "İstedadları Tanıyaq və Tanıdaq" İB-nin sədri Vüsalə Sadıqova, sədr müavini Nargül Quliyeva və təşkilatın nümayəndəsi Yaşar Quliyev ilə görüş keçirib.

 

Təşkilat rəhbəri fəaliyyətləri haqqında geniş məlumat verib.

 

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva QHT-lərin fəaliyyəti, onların cəmiyyətin inkişafında rolu haqqında məlumat verib.

 

 Cəmiyyətimiz üçün faydalı işlər görən QHT-lərin Agentliyin diqqət mərkəzində olacağını qeyd edib. Təşkilatın fəaliyyəti ilə yaxından tanış olan Aygün xanım onlara bu işdə uğurlar arzulayıb.

 

Sonda "İstedadları Tanıyaq və Tanıdaq" İB-nin könüllüsü, gənc rəssam Cəmilə Məmmədovanın hazırladığı Agentliyin loqosu Aygün xanıma təqdim edilib. Xatirə fotosu çəkdirilib.

Fotolar


Paylaş
QHT TV
Elanlar
son Xəbərlər
Grantlar
Təbriklər
Allah rəhmət eləsin