Rauf Zeyni Avrasiya Xalqları Assambleyasının baş katibinin müavini seçilib

16 İyulda Avrasiya Xalqları Baş Assambleyasın Ali Şurasının yeni heyətdə ilk iclası keçirilib.

9 iyulda Ali Şuraya aşağıda qeyd olunan 33 ölkədən qeyri-hökumət təşkilatlarının nümayəndələri seçilib: Avstriya, Azərbaycan, Ermənistan, Benin, Bolqarıstan, Bosniya və Hersoqovina, Vyetnam, Almaniya, Gürcüstan, Danimarka, Misir, İran, İspaniya, İtaliya, Qazaxıstan, Kamerun , Çin, Qırğızıstan, Litva, Makedoniya, Moldova, Fələstin, Rusiya, Serbiya, Sloveniya, Tacikistan, Türkmənistan, Türkiyə, Finlandiya, Fransa, Çernoqoriya, Çex Respublikası və İsveçrə.

Ali Şuranın üzvlüyünə Azərbaycandan da 2 təşkilat rəhbəri də seçilib:

  1. Rauf Zeyni, Azərbaycan QHT-lərinin Milli Forumunun prezidenti   
  2. Murat Hüseynov, Beynəlxalq Muğam Mərkəzinin direktoru

 

Assambleyanın fəaliyyətini idarə etmək üçün daimi bir kollegial icra orqanı olan Ali Şuranın ilk iclasında Avrasiya Xalqları Assambleyasının baş katibi Andrey Yuryevich Belyaninov seçilib.

Ali Şuranın üzvlərin arasından Assambleyasının Baş katibinin müavinləri seçilib. 

Azərbaycan QHT-lərinin Milli Forumunun prezidenti Rauf Zeyni  də Baş katibin müavini seçilib.

Fotolar


Paylaş