Aşağıda göstərilmiş qaydalar QHT.az saytı ilə təşkilatınız arasında bağlanmış müqaviləni əks etdirir. 

 

Ümumi müddəalar

QHT.az saytından istifadə edən şəxs sayt Administrasiyasının müəyyənləşdirdiyi qaydaları qəbul etmiş hesab edilir. Administrasiyanın müəyyənləşdirdiyi qaydalara əməl etməmə səbəbindən baş vermis bütün hal və vəziyyətlərə görə istifadəçi bir başa məsuliyyət daşıyır. QHT.az saytında yerləşdirilən materiallar Azərbaycan Respublikasının müəllif hüquqları haqqında qanunvericilik aktları ilə mühafizə olunur.

QHT.az saytında yerləşdirilən materiallardan istifadə edərkən mənbə kimi QHT.az saytına istinad edilməlidir. Əks halda bu mövcud qanunvericiliyin pozulması hesab edilir.

İstifadəçinin yerləşdirdiyi məlumatlar sayt Administrasiyasının müəyyənləşdirdiyi qaydalara zidd olarsa məlumat  və ya Şəxsi hesab Administrasiya tərəfindən deaktiv edilir.

 

Ödənişsiz xidmətlər

Hər bir QHT üçün QHT.az saytının kataloqunda qeydiyyatdan keçmək və təşkilat haqqında məlumatları bazaya daxil etmək ödənişsizdir.

 

Ödənişli xidmətlər

QHT.az Administrasiyası QHT.az saytında müəyyənləşdirilmiş əlavə ödənişli xidmətlər də təklif edir. Kataloqda qeydiyyatdan keçən QHT-lər platformanın aşağıdakı ödənişli xidmətlərindən yararlana bilər.

  • Subsayt yaratmaq;

  • Xəbərləri və digər məlumatları öz subsaytında və QHT.az saytında yayımlamaq;

  • Digər razılaşdırlımış xidmətlər.

 

İstifadəçinin hüquq və öhdəlikləri

İstifadəçi əxlaq normalarına, qanunvericiliyin tələblərinə, saytın qaydalarına zidd məlumatları özündə əks etdirməyən məlumatları  yerləşdirmək, həmin məlumatı silmək, ona dəyişiliklik etmək, sayt üzərindən onu başqaları ilə bölüşmək hüququna sahibdir.

İstifadəçi QHT.az saytında şəxsi hesabı yarada və həmin hesabın imkanlarından sayt Administrasiyasının müəyyənləşdirdiyi tələb və qaydalar çərçivəsində istifadə edə bilər.

Qeydiyyatdan keçmiş istifadəçi öz hesab məlumatlarını başqalarına verməməlidir. İstifadəçi şəxsi uçot məlumatlarının başqası tərəfindən ələ keçdiyini aşkarlayarsa dərhal şifrəsini dəyişməlidir.

İstifadəçi yerləşdirəcəyi bütün məlumatları diqqətlə yoxlamalıdır.

 

QHT.az Administrasiyasının hüquq və öhdəlikləri

QHT.az Administrasiyası İstifadəçiyə məlumat vermədən bir tərəfli qaydada qaydaları dəyişmək hüququna sahibdir. Qaydalar saytda yerləşdirildiyi andan qüvvəyə minir.

QHT.az Administrasiyası istifadəçinin qeydiyyat və ya avtorizasiyası zamanı verdiyi məlumatın düzgünlüyünü yoxlamaq hüququna sahibdir.

QHT.az Administrasiyası istifadəçinin yerləşdirdiyi məlumatları yoxlamaq, ehtiyac olduğu təqdirdə saytın tələblərinə uyğunlaşdırmaq məqsədilə istifadəçiyə məlumat vermədən məlumatlarda düzəliş etmək hüququna sahibdir. İstifadəçinin yerləşdirdiyi məlumatda əxlaq normalarına, qanunvericiliyə zidd, düzgün olmayan məlumatlar əks olunduqda administrasiya sadalanan vəziyyətlərdən asılı olaraq istifadəçiyə məlumat vermədən informasiyanı silmək, istifadəçi barəsində hüquq mühafizə orqanlarına şikayət etmək hüququna sahibdir.

QHT.az Administrasiyası saytdakı bütün ödənişli xidmətlərə görə saytda təklif etdiyi xidmətləri, müəyyənləşdirilmiş müddət ərzində icra etməyə borcludur. QHT.az Administrasiyası saytdakı bütün ödənişli xidmətlər barəsində ödənişdən əvvəl xidmətin qiyməti barəsində məlumat verməyə və ödəniş zamanı ancaq göstərilmiş məbləğin müştərinin hesabından silinməsini təmin etməyə borcludur.